AZ

İmamoğlu bu tarixdə hakim qarşısına çıxarılacaq

İstanbul Böyükşəhər Bələdiyyəsinə (İBB) qarşı aparılan korrupsiya istintaqı çərçivəsində vəzifəsindən uzaqlaşdırılan sabiq mer Ekrem İmamoğlunun məhkəmə prosesi ilə bağlı tarix açıqlanıb.

Bu barədə Türkiyə KİV məlumat yayıb.

Bildirilib ki, o, gələn ilin 9 mart tarixində hakim qarşısına çıxacaq.

Məlumata görə, istintaq çərçivəsində ümumilikdə 407 təqsirləndirilən şəxs, o cümlədən 105 nəfər həbsdə olan şəxs də eyni gündə məhkəməyə çıxarılacaq.

Xatırladaq ki, İBB ilə bağlı aparılan araşdırma əsasında hazırlanan ittiham aktı noyabrın 25-də məhkəmə tərəfindən qəbul edilib.

"Cebheinfo.az" 

Seçilən
47
2
cebheinfo.az

3Mənbələr