AZ

Alkantara İspaniya klubunun təklifini rədd etdi

style='margin-bottom:10px;'>

"Barselona"nın məşqçisi Tiaqo Alkantara "Levante"ni çalışdırmaqdan imtina edib.

QOL.az xəbər verir ki, bu barədə İspaniya mətbuatı məlumat yayıb.

Julian Kaleronun istefasından sonra təcili olaraq yeni məşqçi axtaran "Levante" Alkantaraya təklif göndərib. Lakin mütəxəssis klubun dəvətini rədd edib.

Alkantara sentyabr ayından bəri "Barselona"da Hans-Diter Flikin köməkçisi vəzifəsində çalışır və təkbaşına məşqçiliyə keçmək niyyətində deyil. Sabiq yarımmüdafiəçi alman mütəxəssislə fəal şəkildə məşq proseslərinə qatılır. O, əsas komandanın məşq prosesinin taktiki aspektlərinə və hazırlığına cavabdehdir.

Seçilən
16
3
teleqraf.com

4Mənbələr