"Barselona"nın məşqçisi Tiaqo Alkantara "Levante"ni çalışdırmaqdan imtina edib.
Paralel.az xəbər verir ki , bu barədə İspaniya mətbuatı məlumat yayıb.
Julian Kaleronun istefasından sonra təcili olaraq yeni məşqçi axtaran "Levante" Alkantaraya təklif göndərib. Lakin mütəxəssis klubun dəvətini rədd edib.
Alkantara sentyabr ayından bəri "Barselona"da Hans-Diter Flikin köməkçisi vəzifəsində çalışır və təkbaşına məşqçiliyə keçmək niyyətində deyil. Sabiq yarımmüdafiəçi alman mütəxəssislə fəal şəkildə məşq proseslərinə qatılır. O, əsas komandanın məşq prosesinin taktiki aspektlərinə və hazırlığına cavabdehdir.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta