AZ

Ulu Öndərin əziz xatirəsi Ağstafada ehtiramla yad olunub - FOTOLAR

Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünyaşöhrətli siyasi xadim, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin vəfatının 22-ci ildönümü Ağstafada silsilə tədbirlərlə qeyd olunub.

"Unikal" xəbər verir ki, anım tədbirlərində Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, məsul şəxslər, şəhid ailələrinin üzvləri, qazilər, müharibə veteranları və ictimaiyyət nümayəndələri iştirak ediblər. 

Ağstafalılar əvvəlcə Heydər Əliyev Mərkəzinin önündə Ümummilli Liderin abidəsini ziyarət edib, önünə gül dəstələri düzərək dahi rəhbərin əziz xatirəsinə sonsuz məhəbbət və böyük ehtiramlarını bildiriblər.

Ağstafa Rayon İcra Hakimiyyəti başçısı aparatının inzibati binasında dəyirmi masa təşkil olunub. Ulu Öndərin şərəfli ömür yolu, dövlətçilik fəaliyyətindən və Vətən qarşısındakı misilsiz xidmətlərindən bəhs olunaraq qeyd olunub ki, xalqımız və gələcək nəsillər ağır və taleyüklü dönəmlərdə Ümummilli Lider Heydər Əliyevin xilaskarlıq missiyasını hər zaman dərin minnətdarlıqla xatırlayacaqlar. Rayonun ümumtəhsil məktəblərinin şagirdləri, Kərimli Aylin Ruslan qızı, Yusifli Bənövşə Anar qızı və Muradova Banu Adil qızının təqdimatında Xalq şairi Zəlimxan Yaqubun “Görən torpaq bilirmi?” şeirinə ithaf olunan kompozisiya nümayiş etdirilib.

Sonra Ağstafa şəhərində ehsan süfrəsi təşkil olunub. Anım tədbirində Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canlarından keçən qəhrəman şəhidlərimizin əziz xatirələri dərin ehtiramla yad edilib, ruhlarına dualar oxunub. Seymur Orucov çıxış edərək Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın inkişafı və milli dövlətçiliyin gücləndirilməsi istiqamətində misilsiz tarixi xidmətlərindən və böyük xilaskarlıq missiyasından söz açıb. Ağstafalı Vətən müharibəsi şəhidimiz Emin Əvəz oğlu Əmrahovun qız övladı Dərya Əmrahova “Ulu bir sərkərdə, ulu bir öndər” şeirini səsləndirib.

Seçilən
40
50
unikal.az

10Mənbələr