AZ

Türkiyənin Azərbaycandakı Səfirliyi Heydər Əliyevin anım günü ilə bağlı paylaşım etdi

BAKI, 12 dekabr. TELEQRAF

Türkiyənin Azərbaycandakı Səfirliyi Ümummilli Lider Heydər Əliyevin anım günü ilə bağlı paylaşım edib.

Teleqraf xəbər verir ki, o, bu barədə səfirliyin "X" hesabında paylaşım edilib.

"Qardaş Azərbaycanın Ümummilli Lideri Heydər Əliyev vəfatının 22-ci ildönümündə səfirliyimizin, hərbi attaşeli­yin, müşavirliklərin, aidiyyəti qurumlarımızın və QHT-lərimizin iştirakı ilə Fəxri Xiyabanda məzarı başında anılıb, səfirimiz Birol Akgün abidə üzərinə əklil qoyub. “İki dövlət, bir millət” şüarı ilə Türkiyə-Azərbaycan qardaşlıq münasibətlərini möhkəmləndirən Ulu Öndər Heydər Əliyevi ehtiram və rəhmətlə anırıq",- deyə məlumatda qeyd edilib.

Seçilən
108
teleqraf.com

1Mənbələr