Müstəqil və müasir Azərbaycan dövlətinin qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anım günü ilə əlaqədar Baş prokuror Kamran Əliyev, prokurorluğun rəhbər heyəti və əməkdaşları Fəxri xiyabanı ziyarət ediblər.
Doğru.az xəbər verir ki, ziyarət zamanı Ulu Öndərin məzarı önünə gül dəstələri qoyulub və onun əziz xatirəsi dərin ehtiramla yad edilib.
Həmçinin görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyeva, tanınmış dövlət xadimi Əziz Əliyev və professor Tamerlan Əliyevin xatirələri də yad olunub, məzarları üzərinə gül dəstələri düzülüb.
DOĞRU.AZ
