AZ

"İran Azərbaycana gedən dəmir yolunun böyük hissəsini satın alıb"

İran Prezidenti Məsud Pezeşkian Türkmənistanda keçirilən “Beynəlxalq Sülh və Etimad İli” forumunda İran–Azərbaycan arasında inşa olunan Rəşt–Astara dəmir yolu ilə bağlı son məlumatları açıqlayıb.

Redaktor.az-ın məlumatına görə, Pezeşkian bildirib ki, layihənin 160 kilometrlik marşrutunun 100 kilometrdən çox hissəsi artıq tamamlanıb və prosesin 2026-cı ilin martınadək yekunlaşdırılması hədəflənir.

Prezident Pezeşkian forum çərçivəsində Rusiya Prezidenti Vladimir Putinlə görüşündə deyib:
“Astara–Rəşt marşrutu ilə bağlı sizə demək istəyirəm ki, biz artıq 100 km yol qət etmişik və hər şeyi tamamlamışıq. Bəlkə də 110 km-i də tamamlayacağıq və ilin sonuna qədər hər şeyi yekunlaşdıracağıq.”

Qeyd edək ki, Rəşt–Astara dəmir yolu Şimal–Cənub Nəqliyyat Dəhlizinin ən vacib hissələrindən biri hesab olunur və marşrutun istifadəyə verilməsi region üzrə ticarət və logistik əlaqələri əhəmiyyətli dərəcədə gücləndirəcək.

Aminə ŞAHSUVARQIZI

Seçilən
81
redaktor.az

1Mənbələr