AZ

Ermənistan Azərbaycandan neft alacaq? – Qriqoryan CAVAB VERDİ

Ermənistanın Baş nazirinin müavini Mher Qriqoryan “Azadlıq Radiosu”nun erməni xidmətinə müsahibəsində Azərbaycanın Baş nazirinin müavini ilə neft və neft məhsullarının Ermənistana ixracı məsələsi üzrə danışıqlar apardığını təsdiqləyib.

KONKRET.az xəbər verir ki, Qriqoryan Azərbaycanla yanacaq idxalı məsələsində əməkdaşlığın mümkün olduğunu deyib.

Ermənistanla Azərbaycan arasında yanacaq tədarükü ilə bağlı konkret razılaşmaların olub-olmadığı haqda suala cavab olaraq Qriqoryan deyib:

“Bəli, danışıqlar aparılıb və əməkdaşlıq üçün imkanlar mövcuddur”.

O bildirib ki, proses bundan sonra ixracatçı və idxalçı olan özəl şirkətlər vasitəsilə davam etdiriləcək, mümkün razılaşmalar isə bazar prinsiplərinə uyğun olacaq.

Baş nazirin müavini hansı erməni şirkətlərinin alış planlaşdırdığı, tədarük həcmi və qiyməti barədə dəqiq məlumat verməyib. Onun sözlərinə görə, bu məsələlər bazar əməkdaşlığı çərçivəsində müəyyən olunacaq.

Mher Qriqoryan əlavə edib ki, iki ölkə arasında danışıqlar qarşılıqlı ticarətin digər sahələrini də əhatə edir, lakin bu barədə hələlik ətraflı məlumat verilmir.

Müşviq Tofiqoğlu
KONKRET.az

Seçilən
17
1
konkret.az

2Mənbələr