AZ

Bakıda qəza güclü yanğına səbəb oldu - VİDEO - YENİLƏNİB

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə paytaxtın Nizami rayonu, B.Çobanzadə küçəsində yol-nəqliyyat qəzasının baş verməsi və nəticədə yanğının yaranması barədə məlumat daxil olub.

Adalet.az nazirliyin saytına istinadən xəbər verir ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı “Volkswagen” və “Porsche” markalı minik avtomobillərinin toqquşaraq yol kənarından keçən qaz boru kəmərini zədələdiyi və nəticədə kəmərdə yanğın yarandığı müəyyən olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində qaz boru kəmərində baş vermiş yanğın qısa müddətdə söndürülüb.

Avtomobillər, ağaclıq sahə və ətraf ərazilər yanğından mühafizə olunub.

***

08:39

Bakının Nizami rayonunda ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb. 

Adalet.az-ın "Unikal"a istinadla məlumatına görə, Bəkir Çobanzadə küçəsində hərəkətdə olan “Volkswagen” və “Porsche” markalı avtomobillər toqquşub.

Hadisədən sonra maşınlardan biri qaz xəttinə çırpılıb. Nəticədə güclü yanğın başlayıb. 

Yanğın FHN qüvvələri tərəfindən lokallaşdırılıb.

İki nəfərin xəsarət aldığı bildirilir.

Yanğın nəticəsində bir neçə ağaca da ciddi ziyan dəyib. 

Seçilən
7
2
adalet.az

10Mənbələr