AZ

Bakıda 2 maşın qaz borusuna çırpıldı: yanğın başladı Video

ain.az, Hurriyyet portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Nizami rayonu Bəkir Çobanzadə küçəsində yol-nəqliyyat hadisəsi baş verib.

Hurriyyet.az Oxu.az-a istinadən xəbər verir ki, qəza gecə saatlarında qeydə alınıb.

Belə ki, iki avtomobil toqquşaraq qaz borusuna çırpılıb. Toqquşma nəticəsində "Porşe Panamera" markalı avtomobil aşıb. Qəza nəticəsində yanğın başlayıb.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunublar.

***

Paytaxtın Nizami rayonu, B.Çobanzadə küçəsində yol-nəqliyyat hadisəsi zamanı baş verən güclü yanğının görüntüsü ortaya çıxıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

"Nazirliyin "112" qaynar telefon xəttinə paytaxtın Nizami rayonu, B.Çobanzadə küçəsində yol-nəqliyyat qəzasının baş verməsi və nəticədə yanğının yaranması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı "Volksvagen" və "Porşe" markalı minik avtomobillərinin toqquşaraq yol kənarından keçən qaz boru kəmərini zədələdiyi və nəticədə kəmərdə yanğın yarandığı müəyyən olunub", - məlumatda bildirilib.

Qeyd edilib ki, yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində qaz boru kəmərində baş vermiş yanğın qısa müddətdə söndürülüb, avtomobillər, ağaclıq sahə və ətraf ərazilər yanğından mühafizə olunub.

Hadisə yerindən görüntüləri təqdim edirik:

Share

Tweet

Email

Share

Share

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
5
2
hurriyyet.az

10Mənbələr