AZ

Paytaxtda avtomobillərin toqquşması qaz boru kəmərində yanğına səbəb olub

Bakı.Trend:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinəpaytaxtın Nizami rayonu, B.Çobanzadə küçəsində yol-nəqliyyatqəzasının baş verməsi və nəticədə yanğının yaranması barədə məlumatdaxil olub.

Trend xəbərverir ki, bu barədə FHN məlumat yayıb.

Bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət YanğındanMühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı“Volkswagen” və “Porsche” markalı minik avtomobillərinin toqquşaraqyol kənarından keçən qaz boru kəmərini zədələdiyi və nəticədəkəmərdə yanğın yarandığı müəyyən olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində qaz borukəmərində baş vermiş yanğın qısa müddətdə söndürülüb.

Avtomobillər, ağaclıq sahə və ətraf ərazilər yanğından mühafizəolunub.

Məqalədə:
Seçilən
24
16
az.trend.az

10Mənbələr