AZ

Bakıda “Porsche” qaz borusuna çırpıldı, yanğın baş veridi - FOTOLAR

BAKI, 12 dekabr. TELEQRAF

Paytaxtın Bəkir Çobanzadə küçəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf xəbər verir ki, “Porsche” markalı avtomobili idarə edən ayıq sürücü idarəetməni itirərək qarşı yola çıxıb. Bu zaman qarşı istiqamətdən gələn “Volkswagen” markalı avtomobil onunla toqquşub. Zərbənin gücündən “Porsche” qaz borusuna çırpılaraq aşıb.

Nəticədə boruda alovlanma qeydə alınıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub. Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər görülür.

Seçilən
35
teleqraf.com

1Mənbələr