AZ

XİN: Ulu Öndər Azərbaycanın inkişaf tarixində silinməz iz qoyub - FOTO

Azərbaycan Xarici İşlər Nazirliyinin sosial media hesablarında Ulu öndər Heydər Əliyevin vəfatının 22-ci ildönümü ilə bağlı paylaşım edilib.

Bizim.Media xəbər verir ki, paylaşımda deyilir:

"Bu gün, Azərbaycan xalqının qəlbində dərin iz qoymuş, Azərbaycan Respublikasının dövlətçiliyinin inkişafında müstəsna rol oynamış, milli maraqlarımızın qorunmasında misilsiz xidmətləri olan Ulu Öndər Heydər Əliyevin vəfatından 22 il ötür. Onun müdrik siyasəti, uzaqgörənliyi və xalqına sonsuz bağlılığı Azərbaycanın inkişaf tarixində silinməz iz qoymuşdur. Ulu Öndərin əziz xatirəsini dərin hörmət və böyük ehtiramla yad edirik.

Allah rəhmət eləsin!"


Bizim.Media

Seçilən
57
8
bizim.media

10Mənbələr