AZ

“Salah mənə böyük dəstək olub”

“Bavariya”da çıxış edən “Liverpul”un sabiq hücumçusu Luis Dias keçmiş komanda yoldaşı Məhəmməd Salah barədə fikirlərini bölüşüb.

90deqiqe.Az xəbər verir ki, "BBC Sport" təcrübəli futbolçunun dediklərini belə çatdırıb.

“Salah mənim ‘Liverpul’a ilk qəbul edənlərdən biri oldu və bunu inanılmaz şəkildə etdi. O, həmişə ən yaxşı oyunçu və ən yaxşı insan olmağa çalışırdı. Mənim üzərimdə böyük təsiri olub”.

Qeyd edək ki, 33 yaşlı Salah bu mövsüm bütün turnirlərdə 19 oyuna çıxıb, 5 qol vurub və 3 məhsuldar ötürmə edib. Əvvəllər o, klub və baş məşqçini tənqid etdiyi müsahibədən sonra əsas heyətdən kənarlaşdırılmışdı.

Seçilən
16
90deqiqe.az

1Mənbələr