Bakı şəhərinə aid rayonların (Xəzər, Qaradağ, Sabunçu, Suraxanı, Pirallahı, Binəqədi, Səbail, Nəsimi, Nərimanov, Nizami, Xətai və Yasamal) icra hakimiyyəti başçıları aparatlarının, icra hakimiyyəti başçısının inzibati ərazi dairəsi və sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinin yeni nümunəvi strukturu təsdiqlənib.
Publika.az xəbər verir ki, icra hakimiyyətlərində bir sıra şöbələr ləğv edilərək sektorlarla əvəzlənib.
Bundan başqa, bəzi şöbələr birləşdirilib və həmin şöbələrə rəhbərliyi icra başçılarının müavinləri həyata keçirəcək.
Belə ki, yeni strukturda Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin tabeliyində Ərazi-təşkilat sektoru, Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektoru, İctimai-siyasi və humanitar məsələlər sektoru, Sosial-iqtisadi, memarlıq-tikinti məsələləri və rayon təsərrüfatı şöbəsinin tabeliyində Sosial-iqtisadi məsələlər, informasiya təminatı və təhlili sektoru, Memarlıq-tikinti məsələləri və rayon təsərrüfatı sektoru, Sənəd dövriyyəsi, vətəndaş müraciətləri və inzibati işlər şöbəsinin tabeliyində isə Sənədlərlə və vətəndaş müraciətləri ilə iş sektoru, İnzibati işlər sektoru və Hüquq və kadr məsələləri sektoru yer alıb.