AZ

Qazaxıstan və İran ticarət dövriyyəsini 2 milyard dollara çatdırmaq barədə razılığa gəliblər

ain.az, Newscenter.az portalına istinadən məlumat yayır.

Qazaxıstan və İran ticarət dövriyyəsini əhəmiyyətli dərəcədə artırmaq, ilk növbədə 1 milyard dollara, ikinci mərhələdə isə 2 milyard dollara çatdırmaq barədə razılığa gəlib.Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, bu barədə Qazaxıstan prezidenti Kasım-Jimart Tokayev iranlı həmkarı ilə birlikdə iştirak etdiyi Qazaxıstan-İran biznes forumunda çıxışı zamanı deyib. Tokayev bildirib ki, bunun üçün tam potensialımız var:"İnvestisiya sahəsində əlaqələrimiz artır. Son 20 ildə İran İslam Respublikası Qazaxıstana 226 milyon dollardan çox investisiya qoyub. Hazırda ölkəmizdə İran biznes icması tərəfindən açılan 350-dən çox müəssisə uğurla fəaliyyət göstərir”.Tokayev iki ölkə arasında əməkdaşlığın inkişafına yeni təkan verəcək sahələrə toxunub. Qazaxıstan prezidenti qeyd edib ki, bunların arasında nəqliyyat və logistika sektorunda əməkdaşlığın gücləndirilməsi çox aktualdır.Süleyman

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
7
1
newscenter.az

2Mənbələr