“Bu layihənin gerçəkləşdirilməsi ilə Azərbaycan və Ermənistan arasında iqtisadi baxımdan toqquşmaların baş verməsi qaçılmazdır . Əlbətdə ki, belə toqquşmalar, investisiya layihələrinə öz təsirini göstərəcək və ziddiyyətli məqamların layihələri ləngitməsi ehtimallar arasında yer alır”.
Newscenter.az xəbər verir ki, bunları siyasi ekspert Çingiz Şahbazi Aİ ilə Ermənistan arasında imzalanmış sənədi şərh edərkən səsləndirib. O deyib ki, Aİ-nın Azərbaycanın haqlı mövqeyinə qarşı qərəzli mövqe nümayiş etdirməsi və Azərbaycanın iqtisadi layihələrinin xüsusilə də tranzit, logistik və digər sahələrdə əldə etdiyi nailiyyətlərə qarşı alternativ olaraq Ermənistanı proje olaraq öz məqsədləri üçün istifadə etməsi , ölkəmizə qarşı çirkin plandır:
“Haqlı olaraq Azərbaycan, Aİ-nın bu mövqeyini qəbul edə bilməz. Bu baxımdan sənəddə yer alan qərəzli məqamlar, normallaşmanı xeyli çətinləşdirir və əlbəttə ki, sülh prosesinin tam məhvi olmasa da, sənəddə real durum nəzərə alınmadığı üçün Azərbaycan və Ermənistan arasında gedən normallaşma prosesinə ciddi şəkildə ziyan vura bilər”.
Süleyman