AZ

10 ayda Azərbaycana 23 ölkədən 44 tondan çox qızıl idxal edilib

2025-ci ilin yanvar-oktyabr ayları ərzində Azərbaycana 4 milyard 515 milyon 57.6 min ABŞ dolları dəyərində 44 min 440.9 kq qızıl idxal edilib.

Dövlət Statistika Komitəsinin hesabatı əsasında aparılan hesablamalara görə, hesabat dövründə ölkəyə gətirilən qızılın 1 kq-nın orta idxal qiyməti 101 min 597 ABŞ dolları təşkil edib.

Qeyd edək ki, bu ilin ilk 10 ayında Azərbaycanda qızıl istehsalı 2592.7 kq təşkil edib. Bu dövrdə Azərbaycandan İsveçrəyə 276 milyon 824.5 min ABŞ dolları dəyərində 3970.7 kq emal olunmamış qızıl ixrac edilib. Bu məhsulun 1 kiloqramının orta ixrac qiyməti isə 69 min 715 ABŞ dolları təşkil edib.

Əlavə edək ki, ölkəyə qızıl idxalı dedikdə, qızıldan yarımişlənmiş formalarda çubuqlar, məftil və profillər, lövhələr, istənilən altlıq nəzərə alınmadan qalınlığı 0,15 mm-dən çox olan vərəqlər, zolaqlar və ya lentlər nəzərdə tutulur.

İş elanları AzVak.az-da

Aşağıdakı cədvəldə bu ilin ilk 10 ayında Azərbaycana idxal edilən qızılın ölkələr üzrə həcmi və idxal dəyəri verilib:

© APA

qızılidxalıazərbaycanqızıl2025qızılstatistikaqızılistehsalıqızəlxracıqızılınortaqiymətiidxalqızılqızılısveçrə44minkq4milyard515milyonUSD2592.7kq3970.7kq101597USDperkg69715USDperkgqızıldanyarımişlənmişformalardaçubuqqızılməftilqızılprofilqızıllövhəqızılvərəqqızılzolaqqızıllent
Seçilən
20
8
marja.az

10Mənbələr