AZ

10 ayda Azərbaycana 23 ölkədən 44 tondan çox qızıl idxal edilib - Siyahı 

2025-ci ilin yanvar-oktyabr ayları ərzində Azərbaycana 4 milyard 515 milyon 57.6 min ABŞ dolları dəyərində 44 min 440.9 kq qızıl idxal edilib..

Poliqon-nun Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, hesabat dövründə ölkəyə gətirilən qızılın 1 kq-nın orta idxal qiyməti 101 min 597 ABŞ dolları təşkil edib.

Qeyd edək ki, bu ilin ilk 10 ayında Azərbaycanda qızıl istehsalı 2592.7 kq təşkil edib. Bu dövrdə Azərbaycandan İsveçrəyə 276 milyon 824.5 min ABŞ dolları dəyərində 3970.7 kq emal olunmamış qızıl ixrac edilib. Bu məhsulun 1 kiloqramının orta ixrac qiyməti isə 69 min 715 ABŞ dolları təşkil edib.

Poliqon.info

Seçilən
27
8
poliqon.info

10Mənbələr