Bakı. Trend:
Avrasiya məkanında nəqliyyat və logistika sektoru yüksəkinvestisiya cəlbediciliyini qoruyub saxlayır. Bu, xüsusilə“Şimal–Cənub” beynəlxalq nəqliyyat dəhlizi və Transxəzər BeynəlxalqNəqliyyat Marşrutu (TXBNM və ya Orta Dəhliz) kimi beynəlxalqdəhlizlərin fəal inkişafı ilə bağlıdır.
Bu barədə TrendAvrasiya İnkişaf Bankının hesabatına istinadən xəbər verir.
“Son illərin əsas tendensiyalarından biri Transxəzər BeynəlxalqNəqliyyat Marşrutunun (TXBNM) və ‘Şimal–Cənub’ beynəlxalq nəqliyyatdəhlizinin əhəmiyyətinin artmasıdır. 2024-cü ildə TXBNM üzrəyükaşırmalar 3,3 milyon tona çatıb, bunun 56,5 min 20-futluqkonteyner ekvivalenti (TEU) təşkil edib. “Şimal–Cənub” dəhlizi üzrədaşımalar 20 milyon tonu keçib, o cümlədən 50 min TEU. 2030-cu ilüçün hədəf proqnoz TXBNM üçün 11,4 milyon ton, “Şimal–Cənub” üzrəisə 32 milyon ton təşkil edir. Daşımaların artması dəmir yolu,avtomobil yolu, liman və logistika infrastrukturlarının, o cümlədənanbar sahələrinin, habelə effektiv multimodal tranzit üçün rəqəmsalhəllərin inkişafını stimullaşdırır. Mərkəzi Asiyada Avrasiyanəqliyyat karkasının inkişafı üçün ümumi investisiya tələbatı2035-ci ilədək 52 milyard dollardan çoxdur”, – hesabatda qeydolunur.
Qeyd edək ki, Orta Dəhliz regionun bir sıra ölkələrindən keçən,Asiya ilə Avropanı birləşdirən nəqliyyat və ticarət marşrutudur.Bu, ənənəvi Şimal və Cənub dəhlizlərinə alternativdir.
Marşrut Çindən başlayır və Qazaxıstan, Özbəkistan vəTürkmənistan kimi Mərkəzi Asiya ölkələrindən keçərək, Xəzər dənizi,Azərbaycan, Gürcüstan və Türkiyədən keçərək Avropaya çatır. OrtaDəhliz Asiyanın şərq bölgələrini, o cümlədən, Çini Avropa iləbirləşdirən, daha uzun dəniz yollarından yan keçməklə quru yolutəklif edir.