AZ

Qalibaf ailəsinin İstanbulda mülkləri üzə çıxdı

ain.az, Axar.az saytına istinadən bildirir.

İran parlamentinin sədri Məhəmməd Bagir Qalibafın qızının Türkiyənin İstanbul şəhərində iki mənzil alması barədə məlumat yayılıb.

Axar.az xəbər verir ki, bu haqda Türkiyənin TGRT telekanalı məlumat yayıb.

Məlumata görə, Qalibafın qızı İstanbulun ən bahalı yerlərindən sayılan Maslakda iki mənzilə ümumilikdə 20 milyon lirə verib.

Kanal qeyd edib ki, həmin ərazidə olan 1500 mənzillik bahalı binalardan 500 mənzili İran rəsmiləri və onların ailələri alıb.

Bununla yanaşı, adı açıqlanmayan iranlı nazir və oğlunun da İstanbul boğazı bölgəsində ən bahalı binada 21 mənzil aldıqları qeyd olunub.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
16
axar.az

1Mənbələr