AZ

DSMF 51,5 milyonluq iki tender elan edib

Dövlət Sosial Müdafiə Fondu (DSMF) publik hüquqi şəxs bank xidmətlərinin satın alınması ilə bağlı iki ayrı tender elan edib.

XəzərNews.az xəbər verir ki, birinci tender DSMF tərəfindən icra olunan bütün növ ödənişlərin nağdsız şəkildə həyata keçirilməsi üçün göstəriləcək bank xidmətlərinin satın alınmasına aiddir. Bu tenderin məbləği 28.015.689,90manat təşkil edir.

İkinci tender isə DSMF-də əməkhaqlarının, həmçinin Fond tərəfindən icra olunan bütün növ ödənişlərin nağdsız qaydada ödənilməsi məqsədilə göstəriləcək bank xidmətlərinə aiddir. Bu tenderin dəyəri isə 23.573.003,90 manat olaraq müəyyən edilib.

Beləliklə, hər iki tenderin ümumi məbləği 51 milyon 588 min 693,80 manat təşkil edir.

Tender 4 fevral tarixinə kimi davam edəcək.

Xəbər 4 dəfə oxunub.
Seçilən
138
xezernews.az

1Mənbələr