AZ

Bakı məktəbində 8 şagird saqqızdan ZƏHƏRLƏNİB? – AQTA araşdırmalara başladı

Xəbər verdiyimiz kimi bu gün Bakı şəhərinin 14 nömrəli tam orta ümumtəhsil məktəbinin 8 şagirdi naməlum səbəbdən özlərini narahat hiss edib. 14 nömrəli tam orta məktəbdən verilən məlumata görə, məktəb rəhbərliyi tərəfindən dərhal təcili tibbi yardıma müraciət olunub və şagirdlər müvafiq səhiyyə müəssisəsinə çatdırılıb. İlkin araşdırmalarla məlum olub ki, şagirdlərdən biri dərsə gələrkən məktəbin yaxınlığındakı marketdən saqqız alıb və sinif yoldaşlarına da verib. Ehtimal olunur ki, saqqıza görə uşaqlar özlərini narahat hiss etməyə başlayıblar.
 

MÖVZU İLƏ BAĞLI:

Saqqızdan ZƏHƏRLƏNDİKLƏRİ ehtimal edilən şagirdlərin SON DURUMU


Bizim.Media hadisə ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) məlumat verdikdən sonra, qurum məsələni nəzarətə götürüb.

“Bakıda baş verən hadisə ilə əlaqədar bildiririk ki, məsələ Qida Təhlükəsizliyi Agentliyinin regional bölməsi tərəfindən nəzarətə götürülüb, müvafiq qurumlarla birgə araşdırmalara başlanılıb. Nəticəsi barədə məlumat veriləcək”.

Qeyd edək ki, Təcili tibbi yardım briqadası tərəfindən Respublika Pediatriya Mərkəzinin nəzdində olan Ə. F. Qarayev adına Uşaq Klinik Xəstəxanasına 5 nəfər (kişi cinsli), Nərimanov Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanasına 3 nəfər (kişi cinsli) hospitalizasiya olunub.

Pasiyentlərdən 1-nə yuxarı tənəffüs yollarının dəqiqləşdirilməmiş infeksiyası, digər 7 pasiyentə isə kəskin qastrit diaqnozu təyin edilib.

Pasiyentlərin hər birinə zəruri tibbi yardım göstərilib və ambulator müalicə evə buraxılıb", - deyə TƏBİB-in məlumatda qeyd olunub.

Hazırda uşaqların vəziyyətlərinin qənaətbəxş olduğu bildirilir.

Şəfiqə Şəfa, Bizim.Media

Seçilən
12
21
bizim.media

10Mənbələr