AZ

Bakıda 8 şagirdin saqqızdan zəhərləndiyi ehtimal olunur - Yenilənib

Bakıda baş verən hadisə ilə əlaqədar bildiririk ki, məsələ Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) regional bölməsi tərəfindən nəzarətə götürülüb.

Bu barədə AQTA-dan Hakimiyyet.az -ın sorğusuna cavab olaraq bildirilib.

Qeyd edilib ki, müvafiq qurumlarla birgə araşdırmalara başlanılıb və nəticəsi barədə məlumat veriləcək.

Billurə

***

Bakı şəhəri 14 nömrəli tam orta məktəbin 8 şagirdinin saqqızdan zəhərləndiyi ehtimal olunur.

Hakimiyyet.az xəbər verir ki, təhsil müəssisəsindən "Report"un sorğusuna cavab olaraq bildirilib ki, dekabrın 11-də məktəbin 8 şagirdi naməlum səbəbdən özlərini narahat hiss edib.

Qeyd olunub ki, şagirdlərdə ümumi narahatlıq və ürəkbulanma əlamətləri müşahidə edilib:

"Məktəb rəhbərliyi dərhal təcili tibbi yardıma müraciət edib və şagirdlər müvafiq səhiyyə müəssisəsinə çatdırıb. Həmçinin məktəb rəhbərliyi digər aidiyyəti dövlət qurumlarına və şagirdlərin valideynlərinə məlumat verib.

İlkin araşdırmalarla məlum olub ki, şagirdlərdən biri dərsə gələrkən məktəbin yaxınlığındakı marketdən saqqız alıb və sinif yoldaşlarına da verib. Ehtimal olunur ki, saqqıza görə uşaqlar özlərini narahat hiss etməyə başlayıblar".

Vurğulanıb ki, məsələ ilə bağlı aidiyyəti dövlət qurumları müvafiq araşdırmalara başlayıb:

"Şagirdlər müvafiq müayinə və uyğun tibbi prosedurlara cəlb olunub. Vəziyyətlərinin qənaətbəxş olduğu bildirilir".

Təcili tibbi yardım briqadası tərəfindən Respublika Pediatriya Mərkəzinin nəzdində olan Ə.F.Qarayev adına Uşaq Klinik Xəstəxanasına 5 nəfər (kişi cinsli), Nərimanov Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanasına 3 nəfər (kişi cinsli) hospitalizasiya olunub.

Onların hər birinə zəruri tibbi xidmətlər göstərilib. Pasiyentlərdən 1-nə yuxarı tənəffüs yollarının dəqiqləşdirilməmiş infeksiyası, digər 7 pasiyentə isə kəskin qastrit diaqnozu təyin edilib.

Pasiyentlərin hər birinə zəruri tibbi yardım göstərilib və ambulator müalicə evə buraxılıb.

Seçilən
15
46
hakimiyyet.az

10Mənbələr