AZ

TƏBİB zəhərlənmiş uşaqlara dair məlumat yaydı

TƏBİB-dən məktəbdə zəhərlənən şagirdlərlə bağlı açıqlama yayıb.

"Yeni Sabah" xəbər verir ki, bu gün 09:00 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Nəsimi rayonu, 14 saylı orta məktəbdən təcili çağırış qeydə alınıb.

Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən Respublika Pediatriya Mərkəzinin nəzdində olan Ə.F.Qarayev adına Uşaq Klinik Xəstəxanasına 5 oğlan, Nərimanov Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanasına 3 oğlan hospitalizasiya olunub.

Onların hər birinə zəruri tibbi xidmətlər göstərilib. Pasiyentlərdən 1-nə yuxarı tənəffüs yollarının dəqiqləşdirilməmiş infeksiyası, digər 7 pasiyentə isə kəskin qastrit diaqnozu təyin edilib.  Pasiyentlərin hər birinə zəruri tibbi yardım göstərilib və ambulator müalicə evə buraxılıb.

Aytac Əliyeva 


Telegram kanalımız
Seçilən
0
10
yenisabah.az

10Mənbələr