Bakı, 11 dekabr, AZƏRTAC
Bu ilin noyabr ayı ərzində Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi tərəfindən ümumilikdə 28 aptekdə yoxlama həyata keçirilib.
Mərkəzdən AZƏRTAC-a verilən məlumata görə, həmin yoxlamalardan 24-u Bakıda, 4-ü isə respublikanın digər şəhər və rayonlarında yerləşən apteklərdə aparılıb.
Aparılmış yoxlamalar nəticəsində 5 aptekdə müxtəlif nöqsanlar aşkarlanıb və həmin hallarla bağlı İnzibati Xətalar Məcəlləsinin 452.1 və 452.3-cü maddələri ilə 6 protokol tərtib edilib.