AZ

Ötən ay 48 aptekdə yoxlama keçirilib: 7-də nöqsan aşkarlanıb

Ötən ay Azərbaycanda 48 əczaçılıq müəssisəsində yoxlama aparılıb.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən məlumat verilib.

Bildirilib ki, yoxlamalardan 10-u Bakı şəhərində, 38-i isə respublikanın digər şəhər və rayonlarında yerləşən apteklərdə həyata keçirilib.

Keçirilən yoxlamaların 32-si planlı, 16-sı isə plandankənar olub.

Nəticələrə əsasən, 7 aptekdə müxtəlif nöqsanlar aşkar edilib.

Aşkarlanmış pozuntularla bağlı İnzibati Xətalar Məcəlləsinin maddələrinə əsasən protokollar tərtib edilib.

"Cebheinfo.az"

Seçilən
71
30
cebheinfo.az

10Mənbələr