NATO-nun kəşfiyyat dronu Rusiya sərhədləri yaxınlığında görünüb.
Redaktor.az bu barədə xarici KİV-ə istinadla məlumat verir.
Bildirilir ki, pilotsuz aparat doqquz ölkənin üzərindən uçaraq hazırda Estoniya səmasında kəşfiyyat fəaliyyəti aparır.
Jurnalistlərin məlumatına əsasən, ABŞ-yə məxsus "RQ-4B Global Hawk" kəşfiyyat dronu bir neçə saat əvvəl alyansın Siciliyanın Siqonella şəhərində yerləşən hərbi-dəniz aviabazasından havaya qalxıb. Daha sonra o, Yunanıstan, Bolqarıstan, Rumıniya, Macarıstan, Slovakiya üzərindən uçaraq Polşa istiqamətində böyük döngə edib və Latviyanın, eləcə də Litvanın hava məkanına daxil olub.
Aytəkin TOFİQQIZI