AZ

Qana sakinləri ABŞ-ın kəşfiyyat təyyarəsini ələ keçirib

Qananın Burkina Faso ilə sərhəddə yerləşən Paqa şəhəri yaxınlığında 60171 quyruq nömrəli ABŞ təyyarəsi ələ keçirilib...

Poliqon xəbər verir ki, bu barədə qanalı köşə yazarı Alhaji Gbangbanku məlumat yayıb.

King Air B200 kəşfiyyat təyyarəsinin ABŞ tərəfindən Nigeriyada gizli missiyalar üçün istifadə edildiyi göstərilir.

Sosial media paylaşımında deyilir: "ABŞ ordusu tərəfindən idarə olunan 60171 nömrəli King Air B200 təyyarəsi, şəhərin asfaltlanmamış uçuş-enmə zolağında bir neçə gün gizli fəaliyyət göstərdikdən sonra Burkina Faso ilə sərhəd yaxınlığında yerləşən Paqa şəhərinin qəzəbli sakinləri tərəfindən qaçırılıb".

Mövcud məlumata görə, təyyarə oktyabr ayından bəri ABŞ ordusu tərəfindən istifadə olunur. O 28 dekabr 2025-ci ildən başlayaraq ardıcıl üç gün ərazidə fəaliyyət göstərib. Qəzəbli yerli sakinlər hava limanının yaxınlığında toplaşdıqca heyət dəfələrlə havaya qalxıb və bu müddət ərzində əlaqədən yayınıb.

Lakin qeyd olunur ki, 31 dekabr 2025-ci ildə təyyarə yenidən eniş edib və bu dəfə münaqişədən yayınmaq mümkün olmayıb. Yerli gənclər və polisin nümayəndələri hadisə yerinə toplaşaraq təyyarənin yenidən havaya qalxmasının qarşısını almağa çalışıblar.

Məlumatlara görə, heyət təyyarəni tərk etməkdən və ya yerli hakimiyyət orqanları ilə əməkdaşlıq etməkdən imtina edib. Daha sonra yerli sakinlərə təyyarəni tərk etmək və onun havaya qalxmasına icazə vermək əmri verilib.

Bu kəşfiyyat təyyarəsinin fəaliyyətinin ABŞ-ın Nigeriyanın şimal-qərbindəki İŞİD yaraqlılarına endirdiyi zərbələrlə əlaqəli olduğu barədə fərziyyələr var.

Poliqon.info

Seçilən
30
50
poliqon.info

10Mənbələr