AZ

“Mançester Yunayted”in hücumçusu “Roma”nın gündəmində

“Mançester Yunayted”in hücumçusu Coşua Zirkze “Roma”nın transfer gündəminə düşüb.

İdmanxeber.az xəbər verir ki, Can Pyero Qasperini qışda hücum xəttini gücləndirmək niyyətindədir.

“Roma” niderlandlı forvardı satınalma şərti ilə icarəyə götürmək üçün danışıqlara başlayıb, “Mançester Yunayted” isə futbolçunu birdəfəlik satmaqda maraqlıdır.

24 yaşlı Zirkze Premyer Liqada 8 oyunda 1 qol vurub və DÇ-2026-nı qaçırmamaq üçün daha çox oynaya biləcəyi kluba can atır.

 

Seçilən
31
idmanxeber.az

1Mənbələr