Avropa liderləri Ukrayna problemini müzakirə etmək üçün yenidən bir araya gələcək.
Newscenter.az Reuters-ə istinadən xəbər verir ki, bu barədə iki avropalı diplomat məlumat verib. Bildirilir ki, Avropa liderləri Ukraynadakı vəziyyəti müzakirə etmək üçün dekabrın 15-də Berlində görüşmək niyyətindədirlər.
Onların sözlərinə görə, görüşdə Fransa prezidenti Emmanuel Makron və Böyük Britaniyanın baş naziri Keir Starmer də daxil olmaqla, ona yaxın liderin iştirakı gözlənilir.
Cavid