AZ

Avropa liderləri dekabrın 15-də Ukrayna məsələsini müzakirə edəcəklər



Avropa liderləri Ukrayna problemini müzakirə etmək üçün yenidən bir araya gələcək.

Newscenter.az Reuters-ə istinadən xəbər verir ki, bu barədə iki avropalı diplomat məlumat verib. Bildirilir ki, Avropa liderləri Ukraynadakı vəziyyəti müzakirə etmək üçün dekabrın 15-də Berlində görüşmək niyyətindədirlər.

Onların sözlərinə görə, görüşdə Fransa prezidenti Emmanuel Makron və Böyük Britaniyanın baş naziri Keir Starmer də daxil olmaqla, ona yaxın liderin iştirakı gözlənilir.

Cavid
Seçilən
17
1
newscenter.az

2Mənbələr