AZ

Daimi nümayəndə: UNESCO konvensiyaların icrası zamanı müəyyən siyasi manipulyasiyalara məruz qalır

UNESCO bir təşkilat kimi siyasiləşmə meylləri səbəbindən konvensiyaların icrası zamanı müəyyən siyasi manipulyasiyalara məruz qalır.

APA xəbər verir ki, bunu Azərbaycanın UNESCO yanında daimi nümayəndəsi Elman Abdullayev “Mədəniyyət və Hüquq: Müasir Çağırışlar Forumu” çərçivəsində keçirilən “Mədəniyyətin Beynəlxalq Münasibətlər Sistemindəki Yeri” adlı paneldə deyib.

Diplomatın sözlərinə görə, UNESKO konvensiyalarında icra mexanizmləri ciddi şəkildə zəifdir və bəzi hallarda demək olar ki, mövcud deyil: “Digər tərəfdən, qurum daxilində siyasiləşmə tendensiyasının artması müəyyən fəsadlara yol açır. UNESCO-nun ölkələrə missiya göndərməsi məsələsində boşluqlar mövcuddur”.

Elman Abdullayev əlavə edib ki, mədəni irs mövzusu siyasi məqsədlərdən tam kənar tutulmalı və birmənalı şəkildə humanitar xarakter daşımalıdır.

Seçilən
64
1
apa.az

2Mənbələr