UNESCO bir təşkilat kimi siyasiləşmə meyilləri səbəbindən konvensiyaların icrası zamanı müəyyən siyasi manipulyasiyalara məruz qalır.
APA xəbər verir ki, bunu Azərbaycanın UNESCO yanında daimi nümayəndəsi Elman Abdullayev “Mədəniyyət və Hüquq: Müasir Çağırışlar Forumu” çərçivəsində keçirilən “Mədəniyyətin Beynəlxalq Münasibətlər Sistemindəki Yeri” adlı paneldə deyib.
Diplomatın sözlərinə görə, UNESCO konvensiyalarında icra mexanizmləri ciddi şəkildə zəifdir və bəzi hallarda demək olar mövcud deyil: “Digər tərəfdən, qurum daxilində siyasiləşmə tendensiyasının artması müəyyən fəsadlara yol açır. UNESCO-nun ölkələrə missiya göndərməsi məsələsində boşluqlar mövcuddur”.
Elman Abdullayev əlavə edib ki, mədəni irs mövzusu siyasi məqsədlərdən tam kənar tutulmalı və birmənalı şəkildə humanitar xarakter daşımalıdır.