AZ

Xətaidə istinad divarından daşlar qoparaq pilləkənlərə tökülüb - Video

Əhmədlidə Cavanşir küçəsi-31 ünvanı ilə Məhəmməd Hadi 106-nın kəsişməsində təhlükəli vəziyyət yaranıb.

"Yeni Sabah" xəbər verir ki, bu barədə məlumat BAKU.WS-in "qaynar xətti"nə daxil olub.

Sözügedən ərazidə istinad divarları qəzalı vəziyyətdədir. Bu gün həmin divardan daşlar qoparaq düşüb.

"Son zamanlar tez-tez burdan daşlar tökülür. Yağış yağanda vəziyyət daha da qorxulu hal alır", - deyə sakinlərdən biri vurğulayıb.

Ərazidən kadrları təqdim edirik:

 

 


Telegram kanalımız
Seçilən
26
3
yenisabah.az

5Mənbələr