Xətai rayonunda, Cavanşir küçəsi 31 ünvanı ilə Məhəmməd Hadi 106-nın kəsişməsində istinad divarlarından qoparaq yola tökülən daşlar ərazidən təmizlənib.
Bu barədə sakinlərdən biri BAKU.WS-ə müraciətində deyib.
Onun sözlərinə görə, ərazini yerli icra hakimiyyətinin nümayəndələri təmizlik işləri aparıb.
***2025-12-10 saat 15:53
Xətai rayonunda, Cavanşir küçəsi 31 ünvanı ilə Məhəmməd Hadi 106-nın kəsişməsində təhlükəli vəziyyət yaranıb.
Bu barədə məlumat BAKU.WS-in "qaynar xətti"nə daxil olub.
Bildirilib ki, sözügedən ərazidə istinad divarları qəzalı vəziyyətdədir. Bu gün həmin divardan daşlar qoparaq düşüb.
"Son zamanlar tez-tez burdan daşlar tökülür. Yağış yağanda vəziyyət daha da qorxulu hal alır", - deyə sakinlərdən biri vurğulayıb.
Ərazidən kadrları təqdim edirik: