AZ

ADDA ilə bp Azərbaycan arasında Əməkdaşlıq Sazişi imzalanıb - Foto

Bu gün Azərbaycan Dövlət Dəniz Akademiyası (ADDA) ilə bp Azərbaycan arasında Əməkdaşlıq Sazişi imzalanıb.

Bu barədə məlumatı XəzərNews.az-a ADDA-dan veriblər.

Sazişi ADDA-da rektor vəzifəsi üzrə əmək funksiyalarının icrasını müvəqqəti icra edən, Elmi işlər və beynəlxalq əlaqələr üzrə prorektor Eldar Qocayev və bp-nin Xəzər regionunda xarici əlaqələr və kommunikasiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli imzalayıblar.

Saziş, tərəflər arasında potensial birgə layihələrin həyata keçirilməsi üçün əsas prinsipləri müəyyənləşdirməklə yanaşı, Akademiyanın yüksək ixtisaslı dənizçi kadrlar hazırlamaq imkanlarını dəstəkləməyi və təhsil-sənaye əməkdaşlığını gücləndirməyi hədəfləyir.

İmzalama mərasimində ADDA ilə bp arasında əməkdaşlığın gələcək istiqamətləri müzakirə edilib.

Qarşılıqlı anlaşma şəraitində keçən tədbirdən sonra bp nümayəndələri Akademiyanın fəaliyyəti ilə yaxından tanış olublar.









Xəbər 5 dəfə oxunub.
Seçilən
336
1
xezernews.az

2Mənbələr