AZ

Millimizin sabiq baş məşqçisi Asiya ölkəsində çalışacaq - RƏSMİ

Azərbaycan millisinin sabiq baş məşqçisi Robert Prosineçkinin yeni iş yeri bəlli olub.

Fanat.Az xəbər verir ki, xorvatiyalı mütəxəssis Qırğızıstanda çalışacaq. 

O, sözügedən ölkənin milli komandasına baş məşqçi təyinm olunub. Bu barədə yerli federasiyanın mətbuat xidməti məlumat yayıb.

56 yaşlı məşqçi ilə "1+1" illik müqavilə imzalanıb.

Qeyd edək ki, Robert Prosineçki 2014-2017-ci illərdə Azərbaycan millisinə rəhbərlik edib. Onun son iş yeri isə Monteneqro seçməsi olub.

Seçilən
77
fanat.az

1Mənbələr