AZ

ABŞ Ali Məhkəməsi seçki kampaniyalarında partiya xərclərinə qoyulan məhdudiyyətləri ləğv etməyə hazırlaşır

ain.az, Bizimyol saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

ABŞ Ali Məhkəməsinin mühafizəkar üzvləri Konqres və prezident seçkilərində namizədlərlə koordinasiyalı şəkildə partiya xərclərinə qoyulan limitlərin ləğvini dəstəkləməyə meylli görünür. Məhkəmə bununla 2001-ci ildə qüvvədə saxlanılmış, yarım əsrdən artıq yaşı olan federal qanun müddəasını yenidən nəzərdən keçirir.

Bizimyol.info xəbər verir ki, Ohayodan başlayan iddia Respublikaçıların təşəbbüsüdür və o zaman senator olan, hazırda vitse-prezident kimi vəzifə tutan Ceyms Devid Vens də məhdudiyyətlərin ləğvi üçün müraciətə qoşulub. Müzakirələrdə hətta Vensin 2028-ci ildə prezidentliyə namizəd olub-olmayacağı mövzusu belə toxunulub.

Bu iş, Ali Məhkəmənin mühafizəkar çoxluğunun seçki maliyyəsi ilə bağlı Konqresin müəyyən etdiyi qaydaları dəyişə biləcəyi son hadisələrdən biridir. Məhkəmənin 2010-cu il Citizens United qərarı federal seçkilərdə limitsiz müstəqil xərcləmələrin yolunu açmışdı.

İki saatlıq dinləmələrdə hakimlər arasında kəskin fikir ayrılığı yaranıb. Hakim Sonya Sotomayor Konqresin qoyduğu tənzimləmələrə müdaxilənin vəziyyəti daha da ağırlaşdırdığını desə də, hakim Samuel Alito həmin qərarları “haqsız yerə tənqid olunmuş” adlandırıb.

Mövcud limitlər böyük donorların namizədə birbaşa verə bilmədikləri böyük məbləğləri partiya vasitəsilə dolayısı ilə yönləndirməsinin qarşısını almağa hesablanıb. Respublikaçı komitələr isə bu məhdudiyyətləri “konstitusiyaya zidd” hesab edərək 2022-ci ildə məhkəməyə müraciət edib.

Demokratlar qanunun qüvvədə saxlanmasını istəyir, baxmayaraq ki, limitsiz xərcləmələr dövründə partiya büdcələrinin zəiflədiyini onlar da etiraf edirlər. Hakim Brett Kavanaugh qeyd edib ki, donorlar böyük vəsaiti asanlıqla xarici siyasi qruplara verə bildiyi halda partiyalara eyni məbləği vermək qadağandır və bu da partiyaları zəiflədir.

Alito, Kavanaugh və Clarence Thomas məhdudiyyətlərə skeptik yanaşsalar da, üç liberal hakim onların saxlanmasının tərəfdarıdır. Baş hakim John Roberts və hakimlər Amy Coney Barrett ilə Neil Gorsux mövqelərini açıq bildirməyiblər.

Tramp administrasiyası da respublikaçıların tərəfini tutduğuna görə, məhkəmə qanunu müdafiə etmək üçün ayrıca hüquqşünas təyin edib. Həmin hüquqşünas Roman Martinez isə iddianın baxılmadan bağlanması üçün hüquqi əsaslar göstərsə də, hakimlər bu “çıxış yoluna” maraq göstərməyiblər.

2025-ci il üçün Senat yarışlarında partiyaların koordinasiyalı xərclər limiti bəzi kiçik ştatlarda 127 min dollardan başlayır, Kaliforniyada isə təxminən 4 milyon dollara qədər yüksəlir. Nümayəndələr Palatası seçkilərində isə limit çoxşaxəli olmayan ştatlarda 127 min dollar, digər ştatlarda isə 63,600 dollardır.

Qadir, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
134
21
icma.az

10Mənbələr