Bu gün voleybol üzrə Azərbaycan Yüksək Liqasında kişilər arasında 6-cı tur start götürəcək.
Fanat.Az xəbər verir ki, ilk oyun günüdə 1 görüş reallaşacaq.
Hesabında 1 xal olan "Azərreyl" əvvəlki turlarda 8 xal toplamış "Murov Az Terminal"ı qəbul edəcək. Matçın start fiti 17:00-da səsləndiriləcək.
Xal durumu: "Neftçi" - 13, "Xilasedici" - 9, "Murov Az Terminal", "Ordu" - 8, "Azərreyl" - 1, "Gənclər" - 0.
Kamil Xudiyev