EN

Yüksək Liqa: Kişilərin yarışında 6-cı tur start götürür

Bu gün voleybol üzrə Azərbaycan Yüksək Liqasında kişilər arasında 6-cı tur start götürəcək.

Fanat.Az xəbər verir ki, ilk oyun günüdə 1 görüş reallaşacaq.

Hesabında 1 xal olan "Azərreyl" əvvəlki turlarda 8 xal toplamış "Murov Az Terminal"ı qəbul edəcək. Matçın start fiti 17:00-da səsləndiriləcək.

Xal durumu: "Neftçi" - 13, "Xilasedici" - 9, "Murov Az Terminal", "Ordu" - 8, "Azərreyl" - 1, "Gənclər" - 0.

Kamil Xudiyev

Chosen
5
1
fanat.az

2Sources