AZ

Xarici xüsusi xidmət orqanlarının tapşırığı ilə ağır cinayətlər törətmiş Azərbaycan vətəndaşları saxlanılıb (VİDEO)

Bakı. Trend:

Azərbaycan Respublikasının vətəndaşlarından ibarət qanunsuzsilahlı birləşmələrin yaradılması, xarici xüsusi xidmət orqanlarıtərəfindən onlardan kəşfiyyat-pozuculuq, terror-təxribat məqsədləriüçün istifadə olunması barədə daxil olan məlumatlar əsasındakompleks araşdırma tədbirləri həyata keçirilmişdir.

Trend bu barədəDövlət Təhlükəsizliyi Xidmətinin Mətbuat xidmətinə istinadən xəbərverir.

Bildirilib ki, görülmüş müvafiq tədbirlərlə AzərbaycanRespublikasının hüdudlarından kənarda qanunsuz silahlı birləşməninfəaliyyətinin təşkili, həmin birləşmənin tərkibində xarici dövlətinrəsmi şəxslərinin güdülməsi və digər cinayət əməllərinintörədilməsinə cəlb edilmiş, özlərini “kriminal aləm”innümayəndələri hesab edən Azərbaycan Respublikasının vətəndaşlarımüəyyənləşdirilərək ifşa olunmuşlar.

Qeyd olunan cinayət əməllərinin törədilməsində şübhəli bilinən1995-ci il təvəllüdlü Məmmədov Amid Saməddin oğlunun xarici ölkəərazisində gizləndiyi yer müəyyən edildikdən sonra o, keçirilmişəməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılmış, AzərbaycanRespublikasına gətirilərək istintaqa cəlb edilmişdir.

Eləcə də, bu cinayətlərin törədilməsində şübhəli bilinən 1997-ciil təvəllüdlü Səfərov Nurlan İlham oğlu və 1983-cü il təvəllüdlüİsrafilov Edik Nəbi oğlu saxlanılaraq cinayət məsuliyyətinə cəlbolunmuşlar.

Adları çəkilən şəxslər Azərbaycan Respublikası CinayətMəcəlləsinin 12.1, 279.1-ci (Azərbaycan Respublikasınınhüdudlarından kənarda Azərbaycan Respublikasının qanunvericiliyiilə nəzərdə tutulmayan silahlı birləşmələrin fəaliyyətində iştiraketmə) maddələri ilə ittiham olunaraq, barələrində məhkəmənin qərarıilə həbs qətimkan tədbiri seçilmişdir.

Davam edən tədbirlər və cinayət məsuliyyətinə cəlb edilmiş digərşəxslər barədə ictimaiyyətə əlavə məlumat təqdim ediləcəkdir.

Seçilən
67
48
az.trend.az

10Mənbələr