AZ

Müəllimlər tədris dövründə də məzuniyyətə ÇIXA BİLƏCƏKLƏR

Pedaqoji işçilərə yay tətili dövründə və tədris ili ərzində əmək məzuniyyəti veriləcək.

Bizim.Media xəbər verir ki, bu məsələ Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bugünkü iclasında müzakirə olunan Əmək məcəlləsinə təklif edilən dəyişiklikdə öz əksini tapıb.

Layihəyə əsasən, bilavasitə təlim-tədris prosesində iştirak edən pedaqoji işçilərə işə girdikləri vaxtdan asılı olmayaraq əmək məzuniyyətləri məktəblərdə yay tətili dövründə və ya işəgötürənin razılığı ilə tədris ili ərzində verilir.
 

Mövcud qanunvericiliyə görə isə bilavasitə təlim-tədris prosesində iştirak edən pedaqoji işçilərə işə girdikləri vaxtdan asılı olmayaraq əmək məzuniyyətləri, bir qayda olaraq, məktəblərdə yay tətili dövründə verilir.


Qeyd edək ki, ümumitəhsil müəssisələrindəki müəllimlər və qanunvericilikdə göstərilən digər pedaqoji işçilər yay tətili dövründə 56 təqvim günü olmaqla əmək məzuniyyətinə göndərilirlər.

Günay Şahmar, Bizim.Media

Seçilən
11
15
bizim.media

10Mənbələr