AZ

Çempionlar Liqası: Bu gün “Qarabağ” “Ayaks”la qarşılaşacaq

“Qarabağ” bu gün UEFA Çempionlar Liqasında növbəti oyununu keçirəcək.

Azərbaycan çempionu Liqa mərhələsinin VI turunda Bakıda Niderlandın “Ayaks” klubunu qəbul edəcək.

Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq qarşılaşma saat 21:45-də başlayacaq. Matçı sloveniyalı FIFA referisi Rade Obrenoviç idarə edəcək.

Turnir cədvəlində “Qarabağ” 7 xalla 21-ci pillədə qərarlaşıb. Xalı olmayan “Ayaks” isə sonuncu – 36-cıdır.

Seçilən
17
12
veteninfo.az

10Mənbələr