BAKI, 10 dekabr. TELEQRAF
Amerikalı milyarder İlon Mask hesab edir ki, Avropa Komissiyası ləğv olunmalı və onun yerini seçkili bir orqan tutmalıdır.
Teleqraf xəbər verir ki, o, bu barədə "X" sosial platformasında paylaşım edib.
“Avrokomissiyanı seçkili bir orqanın xeyrinə ləğv etmək lazımdır və Aİ rəhbəri birbaşa səsvermə ilə seçilməlidir. Mövcud sistem demokratiya deyil, bürokratiyanın hakimiyyətidir”, - Mask bildirib.
Bundan əvvəl o, Avropa İttifaqının ümumiyyətlə buraxılmalı olduğunu və üzv ölkələrə suverenliyin qaytarılmasını zəruri saydığını demişdi.