"Avropa Komissiyası (AK) buraxılmalıdır".
Publika.az xəbər verir ki, bu barədə amerikalı iş adamı İlon Mask sosial şəbəkədəki səhifəsində məlumat verib.
"Avropa Komissiyası buraxılmalı, onun yerinə seçkili bir qurum yaradılmalı və Aİ rəhbəri birbaşa səsvermə yolu ilə seçilməlidir. Hazırkı sistem demokratik deyil, bürokratik sistemdir", - iş adamı vurğulayıb.
Daha əvvəl İlon Mask bəyan etmişdi ki, Avropa İttifaqının (Aİ) komissarları Avropanın məhvinə görə məsuliyyət daşıyırlar.