AZ

Zelenskidən sarsıdıcı etiraf: Bütün bunlara gücümüz çatmır

GlobalInfo portalından verilən məlumata əsasən, ain.az bildirir.

Ukrayna Prezidenti Vladimir Zelenski Vladimir Putinlə ilk görüşündə Krımı geri qaytarmaq istəyini dilə gətirdiyini təsdiqləyib.

Globalinfo.az xəbər verir ki, bu barədə məlumatı Strana.ua yayıb.

Zelenski bildirib ki, o vaxt – altı il əvvəl Parisdə keçirilən görüşdə bu bəyanatı verməsi mümkündür və o, həmin mövqeyinin doğru olduğuna inanır.

Zelenski eyni zamanda etiraf edib ki, hazırda Kiyevin bu məqsədə çatmaq üçün yetərli gücü və dəstəyi yoxdur:

“Bəli, bu gün bütün bunlara gücümüz çatmır. Bütün bunlar üçün kifayət qədər dəstəyimiz yoxdur”, — deyə o qeyd edib.

Ukrayna lideri çıxışı zamanı həmçinin bildirib ki, ölkənin hazırda NATO-ya üzv olmaq imkanı yoxdur.

Tahir Turan

Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
24
2
globalinfo.az

3Mənbələr