AZ

Zelenskidən sarsıdıcı etiraf: “Bütün bunlara gücümüz çatmır”

Ukrayna Prezidenti Volodimir Zelenski Vladimir Putinlə ilk görüşündə Krımı geri qaytarmaq istəyini dilə gətirdiyini təsdiqləyib.

Azia.az Globalinfo.az-a istinadən xəbər verir ki, bu barədə məlumatı Strana.ua yayıb.

Zelenski etiraf edib ki, altı il əvvəl Parisdə keçirilən görüş zamanı belə bir bəyanat verməsi tamamilə mümkün deyildi və o, həmin dövrdə səsləndirdiyi mövqenin doğru olduğuna bu gün də inandığını bildirib.

Zelenski eyni zamanda etiraf edib ki, hazırda Kiyevin bu məqsədə çatmaq üçün yetərli gücü və dəstəyi yoxdur:

“Bəli, bu gün bütün bunlara gücümüz çatmır. Bütün bunlar üçün kifayət qədər dəstəyimiz yoxdur”, — deyə o qeyd edib.

Ukrayna lideri çıxışı zamanı həmçinin bildirib ki, ölkənin hazırda NATO-ya üzv olmaq imkanı yoxdur.


Seçilən
10
2
azia.az

3Mənbələr