AZ

Berlində erməni icması Paşinyana qarşı etiraz aksiyası keçirib

Etirazçılar Ermənistan baş nazirini “xain” adlandıraraq hökumətin siyasətinə etiraz ediblər…

Poliqon xəbər verir ki, Berlində bir qrup erməni icması nümayəndəsi Ermənistanın baş naziri Nikol Paşinyana qarşı etiraz aksiyası təşkil edib. Aksiya Paşinyanın Almaniyaya işgüzar səfəri fonunda baş tutub.

Etirazçılar Paşinyanın siyasətinə qarşı çıxaraq onu “xain” adlandırıblar və sərt şüarlar səsləndiriblər. Aksiya iştirakçıları iddia edirlər ki, hökumətin son qərarları ölkənin milli maraqlarına ziddir və regional proseslərdə Ermənistana ciddi zərər vurub.

Qeyd edək ki, bu gün Nikol Paşinyan Berlində Almaniya kansleri Fridrix Merts ilə görüş keçirib və onların birgə mətbuat konfransı olub. Görüşdə ikitərəfli münasibətlər, regional təhlükəsizlik məsələləri və Ermənistan–Aİ əlaqələri müzakirə edilib.

Etiraz aksiyasının Paşinyanın səfəri ilə eyni gün baş tutması ekspertlər tərəfindən Berlin və İrəvan arasındakı diplomatik gündəmə ictimai reaksiyanın artması kimi qiymətləndirilir.

Poliqon.info

Seçilən
59
poliqon.info

1Mənbələr