AZ

ABŞ Energetika Nazirliyi "Brent" markalı neftin orta qiyməti ilə bağlı proqnozunu artırıb

Bakı. Trend:

ABŞ Energetika Nazirliyi 2025-ci il üçün "Brent" markalı xamneftin qiymət proqnozunu bir barel üçün 68,76 dollardan 68,91dollara qaldırıb.

Trend-in məlumatına görə, bu barədə Nazirliyin Enerjiİnformasiya İdarəsinin (EIA) aylıq proqnoz məlumatlarındabildirilib.

Nazirliyin hesablamalarına görə, noyabr ayında Brent neftininorta qiyməti 64 dollar/barel təşkil edib, halbuki oktyabr ayında burəqəm 65 dollar/barel, 2024-cü ilin noyabr ayında isə 75dollar/barel olub.

EIA analitikləri həmçinin 2026-cı ildə "Brent" markalı neftininqiyməti ilə bağlı proqnozlarını bir barel üçün 54,92 dollardan55,08 dollara qədər artırıblar.

"Biz proqnozlaşdırırıq ki, "Brent" markalı neftinin qiymətləri2026-cı ilin birinci rübündə orta hesabla bir barel üçün 55 dollaradüşəcək və ilin sonuna qədər bu səviyyəyə yaxın qalacaq", - deyəhesabatda bildirilib.

Seçilən
36
1
az.trend.az

2Mənbələr